Bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov "Dövlət xidmətlərinin rəqəmsallaşdırılması və dayanıqlı məskunlaşma" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət strukturları tərəfindən kənd sakinləri üçün profil məşğələləri və seminarlar keçirilir.
"Sakinlər müxtəlif fəaliyyət sahələrində işlə təmin olunub: bank, aqrar və texnologiya sektoru, Zəngilan beynəlxalq hava limanında və digər sahələrdə", - deyə o bildirib.
O qeyd edib ki, kənd məktəbi ən müasir vasitələrlə təmin olunub, həmçinin Ağalı kəndində dövlət xidmətlərinin göstərilməsi üzrə vahid mərkəz yaradılıb. (Trend)