Tədbir proqramına əsasən, gün ərzində müxtəlif yaş qruplarını əhatə edən mədəni və əyləncəli proqramlar təqdim ediləcək. Saat 17-də Həkəri çayının sol kənarında yerləşən bulvarda “Qış nağılı” yarmarkası fəaliyyətə başlayacaq.
Axşam “Lacinema” kinoteatrında Həmrəylik Günü və Yeni ilə həsr olunmuş klassik vokal gecəsi, bulvarda “Yeni il möcüzəsi” adlı animasiya proqramı və DJ şou təşkil ediləcək.
Tədbirlər saat 21-də bulvarda baş tutacaq möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq. (AZƏRTAC)