09.10.2025, 15:55
AZ EN
09.10.2025, 12:39 232

Keçmiş məcburi köçkün: Müəllimlik fəaliyyətimi kəndimizdə davam etdirəcəyəm

XƏBƏRLƏR
  • Biz bu gün doğma torpaqlara qayıdışın sevincini yaşayırıq. Doğulub boya-başa çatdığımız elimizə-obamıza qayıdırıq. Bu qayıdış üçün Prezidentimizə minnətdarıq. Canları, qanları bahasına bu sevinci bizə bəxş edən şəhidlərimizə, qazilərə borcluyuq.

Bu sözləri bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Zəminə Baxşəliyeva deyib.

“1992-ci ildə kəndimizi tərk edib İmişli rayonunda məskunlaşdıq. Çətinliklərimiz çox oldu. Çadırlarda, qamışdan, çiy kərpicdən tikilmiş evlərdə yaşadıq. Artıq bütün çətinliklər geridə qalır. Bundan sonra doğma yurdumuzda bizi gözəl günlər gözləyir. Müəllimlik fəaliyyətimi də kəndimizdə, doğma elimizdə davam etdirəcəyəm”, - deyə o bildirib.(AZƏRTAC)

Oxşar xəbərlər