09.10.2025, 14:13
AZ EN
09.10.2025, 11:22 159

Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr olunan kitabın təqdimatı olacaq

XƏBƏRLƏR
  • Bu gün Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) binasında Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən bəhs edən "Vətən müharibəsi tarixi: şəxsiyyət amili" kitabının təqdimatı keçiriləcək.

Bu barədə Milli Assambleyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, tədbir Azərbaycanın İslamabaddakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

"Təqdimatda yüksək vəzifəli xarici qonaqlar, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, deputatlar, həmçinin Milli Assambleya Katibliyinin əməkdaşları iştirak edəcəklər", - məlumatda bildirilib.

Əvvəllər bildirildiyi kimi, kitab Bakı Şəhəri İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi çərçivəsində hazırlanıb.(Report)

Oxşar xəbərlər