09.10.2025, 15:55
AZ EN
09.10.2025, 12:32 275

Ağdərə sakini: Elimizə, obamıza qayıdırıq

XƏBƏRLƏR
  • Bu gün gözəl, qürurverici gündür. 33 il torpaqlarımızdan uzaq düşmüşdük. Bu həyatı yaşamaq, Vətənsiz, torpaqsız olmaq çox çətin idi. Bu gün çox şükür edirik ki, yenidən torpaqlarımıza qayıdırıq.

Bu sözləri  Ağdərənin Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Elşən Mustafayev deyib.

“Bu torpaqların həsrətini çox çəkmişik. Bu gün elimizə, obamıza qayıdırıq. Öz yurdumuzda yaşayıb, yaradacağıq. Allah Prezidentimizi, dövlətimizi qorusun, şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin”, - deyə o bildirib.(AZƏRTAC)

Oxşar xəbərlər