21.04.2026, 16:08
AZ EN
21.04.2026, 13:21 110

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı artıb

XƏBƏRLƏR
  • Bu ilin aprelin 1-i tarixinədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 689 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 101 584 fərdi sahibkar fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə müvafiq olaraq 407 vahid (7,7%) və 5 709 vahid (5,9%) artım deməkdir.

Belə ki, hesabat ilində mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 4 243, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 992 nəfər olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%-i və 0,5%-i deməkdir.

Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 253 (ümumi saya görə 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda 55 (ümumi saya görə 0,4%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 109 (ümumi saya görə 2,5%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 20 (ümumi saya görə 0,5%) olub. Eyni zamanda hesabat dövründə Qarabağ iqtisadi rayonunda 13 (ümumi saya görə, 1,3%), Şərqi Zəngəzur iqtisadi rayonunda 4 (ümumi saya görə, 0,4%) iri sahibkarlıq subyekti qeydə alınıb.

1 aprel 2026-cı il tarixinə Qarabağ iqtisadi rayonunda 93 556 (ümumi saya görə 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 8 028 (ümumi saya görə 0,5%) fərdi sahibkar fəaliyyət göstərib. (Trend)

Oxşar xəbərlər