İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti həyata keçirən sahibkarlar üçün kreditlərə əlçatanlıq asanlaşdırılır.
İqtisadiyyat Nazirliyindən "Vətən səsi"nə verilən məlumata görə, azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması bilavasitə həmin ərazilərdə biznes fəaliyyəti ilə məşğul olan sahiblarlara maliyyə resurlarına çıxış üçün bəzi güzəştlər tətbiq olunur. Belə ki, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgəsində biznes fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin 90 fazi dövlət zəmanəti ilə təmin olunur, digər 10 faiz isə 10 subsidiyalaşdırılır.
Qarabağ və Şərqi Zəngəzurda özlərinin biznes layihələrini reallaşdırmaq istəyən sahibkarlar üçün nəzərdə tutulan güzəştli kredit şətlərinə gəlincə, müəyyən edilmiş qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərində dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 4 milyon manatdır. Bu kreditlər maksimum 7 il müddətinə verilə bilər. Alınan vəsaitin 90 faizinə dövlət zəmanəti tətbiq edilir. Həmçinin kreditlər üçün maksimim 3 il olmaqla güzəşt müddəti müəyyən edilir. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamalıdır. İllik faiz dərəcəsi maksimum 15 faiz olan bu kreditlərin 10 faizlik hissəsi subsidiyalaşdırılır.
Elxan SALAHOV