21.11.2024, 21:05
AZ EN
16.08.2024, 13:17 299

İş adamlarının Qarabağ və Şərqi Zəngəzura marağı artır

XƏBƏRLƏR
  • Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Məhz bunun nəticəsidir ki, iş adamlarının sözügedən sənaye zonalarına marağı nəzərəçarpacaq dərəcədə artıb.

"Vətən səsi" xəbər verir ki, İqtisadiyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu il daha bir neçə müəssisənin fəaliyyətə başlayacağını açıqlayıb. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 330 milyon manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parklarında 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, indiyədək rezidentlər tərəfindən sənaye parklarına 89 milyon manatdan çox investisiya yatırılıb, 330-dan artıq daimi iş yeri yaradılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər