21.04.2026, 17:45
AZ EN
21.04.2026, 15:23 195

Ağdam şəhərində daha 92 ailəyə mənzillərinin açarları təqdim olunub

QARABAĞ
  • Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

92 ailə olmaqla, 332 nəfər Ağdam sakini doğma yurduna qovuşub. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhəri sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar. (AZƏRTAC)

Oxşar xəbərlər