21.04.2026, 19:16
AZ EN
21.04.2026, 17:01 64

Azad edilən ərazilərdə özünüməşğulluq proqramı üzrə kiçik ailə biznesləri qurulub

ŞƏRQİ ZƏNGƏZUR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Proqramının icrası çərçivəsində Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində müxtəlif istiqamətlər üzrə avadanlıqlar təqdim edilib. Bura “kiçik dərzi sexi”, “qadın gözəllik salonu”, “avtoelektrik xidmətləri”, “avtotəmizləmə xidmətləri”, “broyler inkubatoru”, “poliqrafiya xidmətləri” və “özünəxidmət avtoyuma” daxildir.

Qeyd olunub ki, təqdim edilən aktivlər hesabına benefisiarlar kiçik ailə biznesləri qurublar.

Bildirilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 818 nəfər üçün özünüməşğulluq proqramı üzrə təsərrüfatlar yaradılıb. (APA)

Oxşar xəbərlər