21.04.2026, 19:30
AZ EN
21.04.2026, 17:51 7

ABŞ-dan Ermənistandakı seçkilərə müdaxiləyə dair xəbərdarlıq

XƏBƏRLƏR
  • Amerikalı senatorları Cin Şahin və Tom Tillis "Meta" və "Alphabet" şirkətlərinə rəsmi məktub ünvanlayaraq, Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi barədə xəbərdarlıq ediblər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. ABŞ senatorları bildiriblər ki, Moskva sosial platformalar və erməniəsilli rusiyalı oliqarxlarla əlaqəli şəbəkələr vasitəsilə Moldovada sınaqdan keçirilmiş manipulyasiya metodlarından istifadə edir.

Məktub müəllifləri Ermənistanda keçiriləcək seçkilərin regional sülh, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsi üçün həlledici olduğu qeyd olunub. Bu səbəbdən texnoloji nəhənglərdən dezinformasiyanın qarşısını almaq və erməni xalqının azad iradəsinin təmin edilməsi üçün kifayət qədər resurs ayırmaq tələb edilib.

Xatırladaq ki, Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu ölkəyə hibrid hücumları təşkil edəcəyinə dair hələ bir neçə ay əvvəl məlumatlar yayılmağa başlayıb. Bununla bağlı Avropa İttifaqının rəhbərliyi səviyyəsində Ermənistana məlumat verilib. Hətta Aİ bu cür təxribatların qarşısını almaq üçün Ermənistana texniki və maliyyə yardımı ayıracağını da bəyan edib. Ekspertlər hesab edirlər ki, seçkilərə bir aydan da az qalmış amerikalı senatorlar hibrid təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq etməsi təsadüfi deyil. Çünki  "Meta" və "Alphabet" platformalar ABŞ-ın yurisdiksiyasına daxil olan şirkətlərdir və Rusiyanın həmin platformalar üzərindən seçkilərə müdaxilə etməsi mümkündür. Bunu nəzərə alan amerikalı senatorlar hesab edirlər ki, həmin şirkətlər Rusiyanın Ermənistanın suveren qərarlarına müdaxiləsinə imkan verməmək üçün ikiqat məsuliyyət daşıyırlar.

Elxan SALAHOV

Oxşar xəbərlər