21.04.2026, 18:21
AZ EN
21.04.2026, 16:19 156

Kəlbəcərdə aşıq festivalı keçiriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Yaxın vaxtlarda Kəlbəcər rayonunda genişmiqyaslı aşıq festivalının keçirilməsi planlaşdırılır.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Modern.az" məlumat yayıb. Bildirilir ki, Azərbaycanın zəngin aşıq sənətinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil edilən tədbirə həm yerli, həm də xarici ölkələrdən tanınmış aşıqların qatılacağı gözlənilir.

Festival çərçivəsində müxtəlif musiqi proqramları, aşıq deyişmələri, saz ifaları və folklor nümunələri nümayiş etdiriləcək. Eyni zamanda, ziyarətçilər üçün qədim aşıq sənətinə dair sərgilər, ustad dərsləri və interaktiv təqdimatlar təşkil olunacaq.

Tədbirdə Azərbaycanın tanınmış aşıqları ilə yanaşı, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən gələcək sənətkarların iştirakı da nəzərdə tutulur. Festivalın əsas ideyası işğaldan azad edilmiş Kəlbəcərlə dünya aşıqlarını tanış etmək, aşıqların böyük aşıq ustadı Dədə Şəmşirin yaşayıb yaratdığı məkanı ziyarət etmələrinə şərait yaratmaq, eyni zamanda Dədə Şəmşir irsinin yaşadılması və onun sənət yolunun beynəlxalq müstəvidə tanıtmaqdır.

Oxşar xəbərlər