22.11.2024, 02:00
AZ EN
16.06.2023, 19:38 250

Amerikalı səyyah: "Qarabağ İsveçrəyə bənzəyir"

ŞƏRQİ ZƏNGƏZUR
  • "Qarabağı gördükdən sonra buranın dünyanın niyə arzuolunan bölgəsi olduğunu anladım və həqiqətən, bu yerlər İsveçrəyə bənzəyir".

Bunu açıqlamasında Nyu-Yorkdan işğaldan azad olunmuş ərazilərə gələn səyyah Tay Mabry deyib.

"Qarabağda olmaq həyatımda ən yaxşı təcrübələrdən biridir. Bu yerlər bir çox tarixi əhatə edir. Hətta deyərdim ki, Qarabağa gəlmək böyük bir şərəfdir. Biz bura gələrək son üç ildə baş verənləri fərqli aspektlərdən gördük. Aparılan tikinti və bərpa işləri xoş təsir bağışlayır", - deyə o bildirib.

Amerikalı səyyah ötən gün Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı da danışıb: "Bu təxribat bizə çox pis təsir etdi. Düşünürəm ki, münaqişə həll olunub və zorakılığa ehtiyac yoxdur".

Qeyd edək ki, dünyaşöhrətli səyyahların Qarabağa və Şərqi Zəngəzura iyunun 14-də başlayan səfərinə bu gün Şuşa şəhərində yekun vurulub.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunub. ("Report")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR