14.02.2026, 23:18
AZ EN
14.02.2026, 15:06 110

Təhsildə əməkdaşlıq: Şərqi Zəngəzurda məktəblərarası pedaqoji körpü qurulur

ŞƏRQİ ZƏNGƏZUR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələri arasında "Məktəblərarası pedaqoji körpü" layihəsinə başlanılıb.

İdarədən verilən məlumata görə, layihənin əsas məqsədi məktəblər arasında peşəkar əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsini genişləndirmək və tədrisin keyfiyyətini yüksəltməkdir. Layihə çərçivəsində ilk əməkdaşlıq Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbi ilə Horovlu kənd tam orta ümumtəhsil məktəbi arasında həyata keçirilib. Kollektivlər arasında keçirilən ümumi görüş zamanı təhsilverənlər arasında tanışlıq olub, məktəblərin mövcud fəaliyyəti, tədris mühiti və qarşıda duran əsas hədəflər barədə fikir mübadiləsi aparılıb. Təhsil sahəsində tətbiq olunan yeniliklər, müasir təlim yanaşmaları, qiymətləndirmə mexanizmləri, rəqəmsal resurslardan istifadə və şagird nailiyyətlərinin artırılması yolları müzakirə mövzusu olub.Daha sonra müəllimlər fənlər üzrə qruplara bölünərək metodik müzakirələri davam etdiriblər. Bu mərhələdə dərsin planlaşdırılması və effektiv təlim üsulları, şagird fəallığını artıran yanaşmalar, qiymətləndirmədə praktik nümunələr, çətin mövzuların izah strategiyaları və resurslardan istifadə barədə geniş fikir paylaşımı aparılıb.

Görüş qarşılıqlı təcrübə mübadiləsi, peşəkar dəstək və gələcəkdə birgə fəaliyyətlərin planlaşdırılması baxımından səmərəli olub.

Qeyd edək ki, məktəblərarası pedaqoji əməkdaşlığın davamlı şəkildə genişləndirilməsi nəzərdə tutulur. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR