03.08.2025, 00:51
AZ EN
08.05.2025, 07:39 284

Laçın şəhərində "Heydər Əliyev - müstəqillik, suverenlik və şanlı zəfər" mövzusunda konfrans keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və "Konstitusiya və suverenlik" ili ilə əlaqədar olaraq "Heydər Əliyev - müstəqillik, suverenlik və şanlı zəfər" mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, Laçın rayonundan millət vəkili Rövşən Muradov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının kuratoru Elmar Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, idarə əməkdaşları, Laçın rayonunun ziyalıları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər.

Konfransdan öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, şahmat yarışı təşkil edilib. Sonra Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin hazırladıqları bədii hissə nümayiş olunub.

Daha sonra konfrans rəsmi hissə ilə davam edib. Çıxış edənər Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki misilsiz xidmətlərindən bəhs ediblər.

Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunan inşa yazı və bədii qiraət müsabiqələrinin qalibləri təltif olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR