Bunu açıqlamasında bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə qayıdan rayon sakini Tural Mirzalıyev deyib.
“Bu müqəddəs torpaqlara qayıda bilməyimiz üçün canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirəm, Uca Allahdan onlara rəhmət diləyirəm. Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə, sağlamlığını itirən qazilərimizə bizə bu qələbəni və qayıdış sevincini bəxş etdikləri üçün minnətdarıq. Onların rəşadəti sayəsində yurd nisgili geridə qaldı, övladlarımız bundan sonra öz dədə-baba yurdlarında, azad və abad Ağdamda böyüyəcəklər”, - deyə o əlavə edib. (AZƏRTAC)