Bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri Ismayil Axundov deyib.
Taleyi müəyyən olunmuş daha 10 itkin şəhidin adları:
◾ Tahirov Seyfulla Veytulla oğlu
◾ Atamoğlanov Əbülfət Sabir
◾ Hacıyev Təhsil Fikran
◾ Əsədov Vüqar Babil
◾Xələfov Cahangir Məmi oğlu
◾ Məmmədov Elmar İnqilab oğlu
◾ Qasımov Veysəl Qasım oğlu
◾ Əhmədov Riad Fikrət oğlu
◾ Babaşov Əlhəm Tahir oğlu
◾Həsənov Vüqar Habil oğlu
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. (Trend)