22.11.2024, 07:49
AZ EN
29.10.2024, 12:26 269

Çayları çirkləndirən Ermənistan bununla bütün planeti zəhərləyir

XƏBƏRLƏR
  • Artıq dörd ildir ki, geri qayıtmışıq. Bütün sahələrdə qurur, yaradır, bu diyarlara yeni nəfəs veririk.  Amma hələ də Ermənistan ekoterror siyasətindən əl çəkmir. Bu gün isə ekoterrora məruz qalan rayonlarımızdan biri Qubadlı rayonudur.  Bazar çay adı ilə Kəlbəcərdən başlanğıcını götürən çay Ermənistan ərazisindən keçib Qubadlıda Həkəri ilə qovuşur. Bu çay Qubadlının ən bol sulu və ən böyük çayıdır. Amma əfsuslar olsun ki, Ermənistan bu gün dağ- mədən sənayesini hələ də sərhədboyu ərazilərdə davam etdirir.

ETSN-in Yanında İctimai Şuranın sədri Amin Məmmədov məsələ ilə bağlı AzTV-yə açıqlamasında bildirib ki,

bununla bağlı Azərbaycan ictimaiyyəti tərəfindən müvafiq qaydada etiraz bəyanatları səsləndirilir və Ermənistan hökumətindən qoşulduğu beynəlxalq konvensiyaya uyğun  olaraq həmin ərazilərdə, Azərbaycanla şərti sərhədə yaxın olan ərazilərdə aparılan dağ-mədən sənayesinin ekoloji təsirləri haqqında hesabatın təqdim edilməsi tələb edilir: "Lakin Ermənistan bunlara heç bir məhəl qoymur və heç bir hesabat təqdim edilmir. Bu fəaliyyətlər qeyri-şəffaf aparılır".

Məsələ sadəcə Bərgüşad çayının çirkləndirilməsi və ya Qubadlı rayonundakı ağacların yandırılması ilə bitmir. Həkəri çayı ilə birləşən Bərgüşad çayı Zəngilanda Araz çayına tökülür. Araz çayı isə Xəzərə axır. Beləliklə, Ermənistan çayları çirkləndirib, meşələri məhv etməklə təkcə Azərbaycanı deyil, bütün planeti təhdid edir, zəhərləyir. Amma qısa müddətdə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflərinin müzakirə edəcəyi mövzular sırasında məhz bu məsələlər də yer alır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR