09.10.2025, 12:18
AZ EN
09.10.2025, 08:34 108

BMT sülhməramlıların sayını 25 faiz azaltmaq niyyətindədir

XƏBƏRLƏR
  • BMT maliyyə çatışmazlığı səbəbindən sülhməramlı qüvvələrin sayını təxminən 25 faiz azaltmağı planlaşdırır.

Bu barədə jurnalistlərə BMT-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, dünyada həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 13-14 min nəfər azaldıla bilər. Bu addım maliyyə vəsaitlərinin çatışmazlığı ilə əlaqələndirilir.

Rəsmi bildirib ki, üzv dövlətlər tərəfindən ödənişlərin gecikdirilməsi və bəzilərinin ümumiyyətlə vəsait ayırmaması BMT-nin fəaliyyətinə ciddi təsir göstərir.

Təşkilatın ən böyük donorlarından biri olan ABŞ da daxil olmaqla, bir neçə ölkə BMT-nin müntəzəm büdcəsinə və sülhməramlı əməliyyatlara ümumilikdə təxminən 3 milyard dollar borcludur. Bunun 1,5 milyard dolları əsas büdcəyə, qalanı isə missiyalarla bağlı xərclərə aiddir. (AZƏRTAC)

Oxşar xəbərlər