19.10.2024, 09:20
AZ EN
10.06.2022, 14:58 279

Şavarş Koçaryan müxalifəti topa tutdu

XƏBƏRLƏR

10 ildən çox Ermənistan xarici işlər nazirinin müavini işləyən və Paşinyan hakimiyyəti dövründə istefaya göndərilən siyasətçi Şavarş Koçaryan çoxdandır ki, erməni mətbuatında görünmürdü. O, iyunun 10-da «Lurer.news.am» TV-yə verdiyi müsahibədə «Dirəniş» hərəkatının etiraz aksiyalarının, xüsusilə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə bağlı çağırışların ziyanlı olduğunu bildirib. Vurğulayıb ki, hakimiyyətə gəlib 9 noyabr 2020 bəyannaməsindən imtina edərək «Şuşanı geri alacağıq» deyən müxalifət Ermənistan və «arsax» üçün çox təhlükəli işlər planlayıb. Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və təsdiqlənməsi, yolların açılması məsələsinə də münasibət bildirən xarici işlər nazirinin sabiq müavini Ermənistanın indiki durumda çox zəif olduğunu, Azərbaycanın isə ona diqtə etdiyini vurğulayıb. Nikol Paşinyanın «arsaxın statusu» ilə bağlı güzəştə gediləcəyi barədə fikri isə Şavarş Koçaryan tərəfindən ciddi tənqid olunub. O, həmişə olduğu kimi yenə də BMT-nin Nizamnaməsində millətlərin öz müqəddəratını təyin etmə hüququnun olduğunu dilə gətirərək Paşinyan barədə belə deyib: «Məgər, Siz BMT-dən yüksəkdəsiniz?» Ermənistanın beynəlxalq aləmdə təcrid olunduğunu da vurğulayan Ş.Koçaryan ümid etdiyini bildirib ki, ölkənin uzun illər totalitar qayda ilə idarə olunması, zaman gələcək, demokratik çalarlarla əvəzlənəcək. Bunun üçün isə xalqın indiki illiyuziyalı və totalitar düşüncə tərzindən uzaqlaşıb reallığı qəbul edən demokratik prinsiplərə yiyələnməsi vacibdir.

Oxşar xəbərlər