09.10.2025, 13:16
AZ EN
09.10.2025, 10:40 119

Laçın RİH-in təşkilatçılığı ilə tədbir keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.3.1.4-cü  və 9.3.3.2-ci bəndlərinin icrası məqsədilə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, Azərbaycan Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Melorasiya Sistemlərinin İstismarı idarəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” haqqında geniş məlumat vermiş, ərazidə içməli su təchizatı, sudan istifadə zamanı itkilərə yol verilməməsi və inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin təmiri və genişləndirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

 Ağcabədi Su Melorasiya Sistemlərinin İstismarı idarəsinin içməli su təhcizatında su itkilərinin qarşısının alınması məqsədi ilə 2025-ci ilin 9 ayında görülən işlər haqqında məlumatı dinlənilmişdir. Məlumata əsasən Taxta-körpü ərazisində 2025-ci ilin yanvar-sentyabr aylarında Mişni  və Alxaslı obalarını içməli su ilə təmin edən 2.ədəd 22 kv-luq  nasos yenisi ilə əvəz edilmiş, Alxaslı obasında 40 kv-luq nasos əsaslı təmir edilmişdir. Diametri 63 mm olan polietilen paylayıcı su borusunun yararsız hala düşmüş 175 p/m hissəsi yenisi ilə əvəz olunmuş, əhalini içməli su ilə təmin edən magistral su xəttləri və su anbarları yuyulmuş, xətlərdə cari təmir işləri aparılmış, Alxaslı, Mişni, Fingə obalarında su təmizləyici qurğuların filtirləri yenisi ilə əvəz edilmişdir. Qışa hazırlıq məqsədi ilə su xətlərinə və nasos stansiyalara baxış keçirilmiş aşkar olunan  problemlərin aradan qaldırılması üçün təmir işləri davam edir.

İçməli sudan qənaətlə istiufadə olunması, israfçılığa yol verilməməsi və mövcud infrastrukturun qorunması mövzusunda Laçın Rayon İcra Hakimiyyətinin işçiləri Sudan İstifadə Birliklərinin əməkdaşları ilə birgə yaşayış məntəqələrində maarifləndirmə tədbirləri keçirmişdir. Görülmüş işlərin nəticəsi olaraq 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə  2025-ci ildə  içməli su təchizatı sahəsində itkilər 35%  azaldılmışdır.

 Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, məcburi köçkünlər üçün inşa olunmuş 37 və 552 ailəlik qəsəbələrdə yağış sularının idarə olunması məqsədi ilə  2018-ci ildə qapalı drenaj kanal sistemi qurulmuş, ötən il 144, 245 ailəlik qəsəbələrdə cari ildə isə  256  ailəlik qəsəbələrdə yağış sularının idarə edilməsi üçün  açıq tipli torpaq  kanallar qazılmışdır. Taxta körpü ərazisində inzibati ərazi vahidləri üzrə içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin təmiri və genişləndirilməsi aidiyyatı təşkilatlar tərəfindən diqqətdə saxlanılır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər