09.06.2025, 23:10
AZ EN
02.11.2023, 10:16 375

Zəngilan şəhərində 160 yerlik körpələr evi tikiləcək

XƏBƏRLƏR
  • Zəngilan şəhərində körpələr evi-uşaq bağçasının tikintisi ilə bağlı hazırlıq işlərinə başlanıb.

"Vətən səsi" xəbər verir ki, tikinti işlərinin təşkilinə nəzarəti Elm və Təhsil Nazirliyi həyata keçirəcək. Artıq nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi körpələr evi-uşaq bağçasının tikintisinə dair təkliflər sorğusunu da elan edib. Sorğuda Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının tikitisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması nəzərdə tutulur.  

Bildirilir ki, təkliflər sorğusunda iştirak haqqı 150 manat təşkil edir. Müsabiqədə iştirak etmək istəyən şirkətlər təkliflərini müvafiq sənədlərlə birlikdə noyabrın 17-si saat 12:00-dək satınalan təşkilatın ünvanına (Bakı şəhəri, Y.Bakuvi küçəsi-18) çatdırmalıdır.

Elxan SALAHOV

Oxşar xəbərlər