Doğma yurduna qayıdan sakinlər özünüməşğulluq proqramına cəlb olunaraq müxtəlif istiqamətlər üzrə aktivlərlə təmin edilirlər.
Proqram sayəsində onlar həm dayanıqlı gəlir mənbəyi formalaşdırır, həm də regionun sosial-iqtisadi inkişafına dəstək olurlar.
Aktivlərlə təmin olunan Laçın sakini, Valeh Cəfərov:
-2024-cü ilin iyun ayından bura köçmüşəm. Köçəndən sonra Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Müraciətimi qəbul edib kursa dəvət etdilər. 3 ay kurs keçəndən sonra imtahan götürdülər və qəbul etdilər. İndi də 20 yeşik arı ailəsi ilə təmin ediblər. Allah dövlətimizə qüvvət, qüdrət versin.
Aktivlərlə təmin olunan Laçın sakini, Zaur Hüseynov:
-Mən bura qayıdandan sonra arıçılıqla məşğul olmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Qeydiyyatdan keçdim. Təlimlərdə iştirak elədim. Biliyimi daha da artırdım. Hal-hazırda isə mənə 20 arı ailəsi verdilər. Çalışacağam ki, arı ailəsinin sayını daha da artırım.
Tahirə AĞAMİRZƏ