Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.
Nazir müavini qeyd edib ki, "Böyük Qayıdış" proqramına uyğun olaraq 2027-2030-cı illər üçün dövlət proqramına əsasən tədbirlər planı hazırlanır.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə əsas məsələlərdən biri təhlükəsiz bərk tullantıların idarə edilməsi ilə bağlı fəaliyyətdir. (Report)