19.04.2024, 11:05
AZ EN
07.09.2022, 17:50 290

Xüsusi nümayəndə: "Ağalıya ilk mərhələdə köçürülənlərin məşğulluq məsələləri həll edilib"

ŞƏRQİ ZƏNGƏZUR
  • Ağalıya ilk mərhələdə köçürülən əhalinin məşğulluq məsələləri demək olar ki, həll edilib.

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Buradaki insanların həyat şəraitini yaxşılaşdırmaq üçün müxtəlif xidmət sahələri üzrə infrastruktur obyektləri istifadəyə verilir. Burada artıq “ASAN” və “DOST” mərkəzləri, poçt, bank xidmətləri, bundan başqa, tibb məntəqəsi, uşaq bağçası, bu ilin sentyabr ayında ilk müəllim və sagirdlərini qarşılayacaq məktəb, yanacaq doldurma məntəqəsi, müasir standartlara cavab verən ət kəsimi məntəqəsi və s. fəaliyyət göstərir”, - o deyib.

Vahid Hacıyev onu da qeyd edib ki, Ağalıda məskunlaşacaq yeni qrup sakinlərə də dövlət tərəfindən eyni qayğı göstəriləcək, onların sosial rifahının yaxşılaşdırılması üçün müvafiq işlər görüləcək. (APA)

Oxşar xəbərlər