Bu münasibətlə 25–29 avqust tarixlərində Laçın şəhərində “MDB ölkələrinin Gənclər Düşərgəsi” və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri” keçirilir.
Layihə 26 avqust – “Laçın şəhəri Günü”nə həsr olunub.
Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın təmsil olunacağı düşərgə çərçivəsində gənclər yaradıcı sənayelərlə bağlı işçi qruplarda müzakirələr aparacaq, birgə layihə ideyaları hazırlayacaq və təqdim edəcəklər. Bununla yanaşı, teatr, incəsənət və media yaradıcılığı sahələrində ustad dərsləri də təşkil ediləcək.
“MDB ölkələrinin Beynəlxalq Kino Günləri”ndə isə hər ölkədən bir film Azərbaycan dilində altyazı ilə nümayiş olunacaq.
Laçında keçiriləcək beynəlxalq layihələr MDB ölkələrinin gəncləri arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək.
Hazırladı: Mina RƏŞİD