21.11.2024, 20:26
AZ EN
07.03.2023, 15:51 166

Torpaqşünas alimlər Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqatlar aparıblar

ŞƏRQİ ZƏNGƏZUR
  • Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarda tədqiqatlar aparırlar.

Bu barədə institutdan bildirilib. Qeyd olunub ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “En Pro Sol” MMC arasında işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgə əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb. Müqavilədə məqsəd birinci mərhələdə işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və müasir texnologiyalar əsasında rəqəmsal torpaq xəritələrinin tərtib olunması və torpaqlardan səmərəli istifadə üçün tədbir və tövsiyələrin hazırlanmasıdır.

Bu məqsədlə institutun iki əməkdaşı və şirkətin nümayəndəsi Şərqi Zəngəzurda inzibati rayonlar üzrə tədqiqatlar aparıblar. Səfər zamanı vizual müşahidələr aparılıb, ərazi müxtəlif metodik yanaşmalarla təhlil olunub. Tədqiqat zamanı mövcud əkin altında istifadə olunan ərazilərdən müxtəlif torpaq və su nümunələri götürülüb. (AZƏRTAC)

Oxşar xəbərlər