Zəngilan rayonunun Ağalı kəndində səhər saatlarından başlayaraq fəallığı müşahidə edilir.
İşğaldan azad edilən Zəngilan rayonunun ərazisindəki Ağalı kəndində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 33 saylı seçki məntəqəsi yaradılıb. Məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakindir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı 61 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.
ABŞ-ın “Oracle Advisory Group” təşkilatı seçki məntəqəsinin çıxışında "exit-poll" keçirir. (APA)