Laçın şəhəri 2024-cü ili 1555 nəfər doğma sakini ilə birlikdə qarşılayıb. Bayram ərəfəsində təşkil edilən konsert proqramı, yarmarka və bir-birindən maraqlı tədbirlər sakinlər üçün əsl əyləncəyə çevrilib. Yeni ilin gəlişi münasibətilə Laçın səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.
Qeyd edək ki, hazırda Laçında 408 ailə yaşayır. (AZƏRTAC)