Ziyarət çərçivəsində ilk olaraq Kəlbəcərə köçmüş ailələrlə, valideynlərlə və təhsilə cəlb olunacaq şagirdlərlə görüş keçirilib. Şagirdlərin məktəbə adaptasiyası və valideynlərin gözləntiləri müzakirə olunub.
Yeni tədris ilinə sayılı günlər qalmış məktəbin maddi-texniki bazası, tədrisə hazırlıq vəziyyəti, şagirdlərin dərsə cəlbi və digər zəruri məsələlər yerində yoxlanılıb.
2025-2026-cı tədris ili Kəlbəcər şəhəri üçün tarixə yazılacaq. Uzun illərdən sonra şəhərdə ilk dəfə məktəb zəngi səslənəcək.
Tahirə AĞAMİRZƏ