04.03.2026, 10:45
AZ EN
04.03.2026, 07:21 68

Qubadlı RİH-nin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Vətəndaşların müraciətlərinə operativ və yerində baxılması, onların sosial-məişət məsələlərinin həllinə dəstək göstərilməsi məqsədilə regionlarda səyyar qəbullar davam etdirilir. Qubadlı Rayon İcra Hakimiyyəti də bu istiqamətdə nümunəvi fəaliyyət göstərir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu  2026-ci il martın 3-də, Sumqayıt şəhəri 12-ci mkr Çerkassi küçəsində yerləşən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində keçirilib.

Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müraciət edənlər isə görülən işlərə görə minnətdarlıq bildiriblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər