22.09.2024, 05:54
AZ EN
17.11.2022, 13:00 329

Sorğuda iştirak edin, Qarabağın dirçəlişinə töhfə verin!

XƏBƏRLƏR
  • Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra xalqımızın qarşısında duran başlıca vəzifə Qarabağımızın bərpası və inkişafı, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsidir.

Bu məqsədlə Qarabağ Dirçəliş Fondu mövcud və potensial donorlar arasında sorğu elan edib.

Fonddan bildirilib ki, sorğuda iştirak edənlər Qarabağın bərpasına və inkişafına öz töhfələrini verə bilərlər.

Fond Qarabağın bərpası və onun dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi üçün hər bir vətəndaşın fikir və təkliflərinə xüsusi önəm verir. Odur ki, sorğunun əsas məqsədi vətəndaşların Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə münasibətinin, bu prosesdə iştirakçılığının, mövqelərinin düzgün təhlil edilməsidir.

Sorğunun nəticələri Fondun gələcək fəaliyyəti, cəmiyyətin üzvlərinin bərpa prosesində iştirakçılığının təmin olunması və Qarabağın bərpası istiqamətində ianələrin cəlb olunmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, sorğu anonim şəkildə keçirilir. Cəmi 3-5 dəqiqə vaxt sərf etməklə sorğuda iştirak edə və Qarabağın inkişafına dəstək ola bilərsiniz.

Sorğuda iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olun:

https://qdfaz.questionpro.com/ferdi-sorgu

Oxşar xəbərlər