29.03.2026, 21:28
AZ EN
29.03.2026, 12:51 110

Ankarada beynəlxalq sərgidə Azərbaycan rəssamlarının əsərləri təqdim olunub

XƏBƏRLƏR
  • Ankarada keçirilən 12-ci Beynəlxalq Müasir İncəsənət sərgisində “Saküder” rəsm qalereyasının ekspozisiyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin, o cümlədən Azərbaycan rəssamlarının əsərləri təqdim olunub.

“Saküder”in nümayəndəsi, rəssam Günəş Abbas bildirib ki, Ankaradakı “ATO Congresium” mərkəzində “Saküder” stendinin açılışında rəssamlar və incəsənət həvəskarları ilə yanaşı, Azərbaycan və Rumıniya səfirliklərinin nümayəndələri də iştirak ediblər.

“İncəsənətsevərlərə tanınmış rəssamların əsərləri təqdim olunub. Onların arasında əsərləri Nyu-York, London, Paris və Bakı muzeylərinin fondlarında saxlanılan, Türkiyənin müxtəlif muzeylərində nümayiş etdirilən Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun tabloları da var”, – deyə G.Abbas bildirib. O qeyd edib ki, aprelin 10-da Arif Hüseynovun rəsm əsərlərindən birinin Ankaradakı Rəsm və Heykəltəraşlıq Muzeyinə təqdim olunması nəzərdə tutulur.

Onun sözlərinə görə, sərgidə həmçinin Ankaranın qonaqları və sakinlərinin diqqətinə Sirus Mirzəzadə, Fikrət İbrahimli, Aynur Dündar, Coşkun Özçakır, Pınar Yükselir, Mehtap Tarakçı Sönmez, Gülcan Eroğlu və digər rəssamların əsərləri təqdim olunub. (AZƏRTAC)

Oxşar xəbərlər