Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirib ki, yarışda ölkəmiz Dövlət Turizm Agentliyinin dəstəklədiyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən formalaşdırılmış milli komanda ilə təmsil olunub. Müsabiqə formatına uyğun olaraq iştirakçılar iki - başlanğıc və əsas yemək hazırlayıblar. Komandaların çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.
Çempionatda Azərbaycanla yanaşı İspaniya, İtaliya, Portuqaliya, Mərakeş və Rumıniya komandaları iştirak edib. Münsiflər heyətinə müxtəlif ölkələri təmsil edən beynəlxalq dərəcəli kulinariya ekspertləri daxil olub.
Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“WorldChefs”) tərəfindən dəstəklənən çempionat beynəlxalq “Alimentaria” qida sərgisi çərçivəsində baş tutub. Tədbir qlobal qastronomiya sənayesinin aparıcı nümayəndələrini bir araya gətirən nüfuzlu platforma hesab olunur. (AZƏRTAC)