17.06.2025, 09:55
AZ EN
17.05.2023, 11:26 367

Yazıçı Elçin Hüseynbəyli Avropanın mükafatına layiq görülüb

XƏBƏRLƏR
  • Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "VEKTOR" BEA-nın Şahmar Əkbərzadə adına beynəlxalq mükafatı növbəti namizədlərə təqdim olunub. Mərasimdə professor Elçin İsgəndərzadə Cəbrayıldan olan tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyliyə Avropa Təbiət Elmləri Akademiyasının Azərbaycanda Ədəbiyyat üzrə mükafatını təqdim edib. Qeyd edək ki, mükafat Azərbaycana ilk dəfə olaraq təqdim edilib.

Yazıçı Elçin Hüseynbəyli öz feyzbuk səhifəsində bildirib: “Bir zamanlar "Qaçaqlar" pyesini oxuduğumuz alman klassikinin adını daşıyan "Şiller medalı"nı adaşım, professor Elçin İsgəndərzadə təqdim elədi. Var olsun!”

Mina RƏŞİD

Oxşar xəbərlər