04.03.2026, 08:21
AZ EN
10.02.2026, 10:21 204

Ermənistan ABŞ-dan yeni nəsil PUA-lar alıb

XƏBƏRLƏR
  • Ermənistan ABŞ-dan müasir "V-BAT" pilotsuz uçuş aparatları (PUA) alıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Ceyms Di Venslə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib. O, qeyd edib ki, bu addım iki ölkə arasında illərdir davam edən təhlükəsizlik əməkdaşlığının və üç illik "Qartal Tərəfdaş" (Eagle Partner) birgə hərbi təlimlərinin məntiqi davamıdır.

Paşinyan vurğulayıb ki, ABŞ-ın Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində əldə olunan "V-BAT" PUA-ları Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, "Shield AI" şirkəti tərəfindən istehsal olunan "V-BAT" markalı yeni nəsil PUA-ları şaquli qalxma və enmə xüsusiyyətinə malikdir. Həmin cihazlar xüsusilə çətin relyefli ərazilərdə kəşfiyyat və müşahidə missiyaları üçün effektivliyi ilə tanınır.

Elxan SALAHOV

Oxşar xəbərlər