Tbilisi Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.
Paşinyanın aparatından bildirilib ki, o, martın 4-də Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci sessiyasında iştirak edəcək. Həmçinin Ermənistan və Gürcüstan Baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidzenin görüşü planlaşdırılır. (Report)