“Vətən səsi” xəbər verir ki, Xankəndidəki separatçı rejimin başçısı Arayik Arutyunyan bu gün özünün “Facebook” səhifəsində bununla bağlı açıqlama yayıb. O, açıqlamasında təxribata hazırlaşdıqları barədə yayılan məlumatıl dolayısı ilə tədiqləyərək qeyd edib bildirib ki, Ermənistan Qarabağda yaşayan ermənilərə “böyük miqdarda humanitar yardım göndərməkdə qərarlıdır: “Ya Azərbaycan həmin humanitar yardım üçün Laçın yolunu açacaq, ya da bölgəyə humanitar yüklərin daxil olmasına növbəti qadağa ilə siyasətini təsdiq edəcək”.
Arayik əlavə edib ki, hadisələrin gedişatına uyğun olaraq Azərbaycan qarşı bütün mümkün ssenariləri və addımları nəzərdən keçiriblər.
Bu saatlarda sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, Rusiya sülməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə “humanitar yardım” daşıyan yük avtomobilləri İrəvandan çıxaraq Azərbaycanın dövlət sərhədinə - “Laçın” nəzarət-buraxılış məntəqəsinə doğru hərəkət edir. Maşın karvanının fotoşəkillərinin altında yazılmış qeyddə isə Qarabağa göndərilən “humanitar yardımın” ümumi çəkisinin 400 tondan çox olduğu bildirilir.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin dünən yaydığı xəbərdarlıqdan sonra ermənilər yüklərin keçirilməsinə kömək edilməsi üçün Rusiya sülhməramlılarına müraciət ediblər.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistandan gələk nəqliyyat vasitələrinin “Laçın” postundan keçidinə icazə verilməyəcəyini, humanitar yardımların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib.
Elxan SALAHOV