13.03.2026, 16:14
AZ EN
13.03.2026, 14:39 15

Amil Sefiyev: "Füzuli və Zəngilanda tullantıların idarə edilməsi üçün ötürücü məntəqələr tikiləcək"

ŞƏRQİ ZƏNGƏZUR
  • Azad edilən ərazilərdə tullantıların idarə edilməsi üçün infrastrukturun yaradılması nəzərdə tutulur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sektor müdiri Amil Sefiyev Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası zamanı deyib.

O deyib ki, Füzuli və Zəngilan ötürücü məntəqələrinin tikintisi də nəzərdə tutulur:

"Həmçinin Xocalı, Xocavand, Ağdərə, poliqonlarının tikintisi, Ağdam və Cəbrayıl poliqonlarının tikintisi, Qubadlı, Kəlbəcər və Laçın poliqonlarının tikintisi, Bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi üzrə Infrastrukturun yaradılması nəzərdə tutulur".

Amil Sefiyevin sözlərinə görə, həmçinin azad edilən ərazilərdə 33 ədəd SES/KSES-lərin bərpası, 47-nin tikintisi, 140mvt gücündə 2 ədəd SES-in tikintisi və inteqrasiyası, 3 rayonda mikromobillik zolaqlarının yaradılması, 2 yeni Milli Parkın və mikrorezervatların yaradılması, eləcə də 7 dəst avtomat hidroloji stansiyanın quraşdırılması 2rayonda ötürücü məntəqənin, 6 rayonda poliqonun tikintisi, 710 hektar ərazidə yeni meşəliklərin bərpası, 12 rayonun rəqəmsal radioloji xəritəsinin hazırlanması nəzərdə tutulur. (Report)

Oxşar xəbərlər