20.09.2024, 14:27
AZ EN
14.06.2024, 10:00 260

Laçının təbii bitkilərindən efir yağı alınır

ŞƏRQİ ZƏNGƏZUR
  • Lavanda, yarpız, kəklikotu və çox dərdə dərman olan bir çox bitkilər Laçında qurulan yeni müəssisədə efir yağına çevirilir. Burda onların yağı xüsusi avadanlığın köməkliyi ilə çəkilib qablaşdırılır. Bu gördüyünüz avadanlığa 40 kiloqram kəklikotu yerləşdirilir. İki saatlıq prosesdən sonra bitkidən cəmi 100 qram efir yağı alınır. Belə az olması efir yağını daha qiymətli edir.  100 kiloqram kəklikotundan cəmi 250 qram, lavanda və rozmaninin 100 qramından isə cəmi 270, 300 qram efir yağı almaq mümkündür.

Müəssisənin operatoru, Rəhman Novruzov:

-Burda, demək olar ki, 10 adda bitkidən məhsul istehsal etmək olar. Hal-hazırda kəklikotu məhsulu  istehsal edirik. Lavanda, rozmarin, lilanda, limonik, şam ağacının bir neçə növlləri var. Bunların hamısını istehsal edirik. Hal-hazırda istehsal da eləmişik.

Xammal kimi istifadə edilən bitkilərsə uzaqda deyil, sadəcə Laçının dağlarına çıxıb onları toplamaq lazımdır. Bu işlə rayonun sakinləri məşğul olurlar. Onlardan biri Osman Həsənov deyir ki, bu dağlarda bitən ot və çiçəklər ta qədimdən dərman kimi istifadə olunub. İndi isə yeni müəssisənin imkanlarından istifadə etməklə onlardan efir yağı alınır.

Osman Həsənov əlavə edir ki, Laçında o qədər zəngin, qiymətli bitkilər var ki. Allah bu təbiətdə  heç nəyi lazımsız yaratmayıb. Hamısının bir əhəmiyyəti var. Əsasən biz kəklikotu, yarpız, qantəpər,  dazotu, solmaz çiçəyi, zəncirotundan istifadə edirik. Yəni saymaqla bitən deyil. Sonra çaşırdan, şoşandan, baldırğandan turşu kimi istifadə olunur.

Qeyd edək ki, müəssisənin fəaliyyəti mövsümi xarakter daşıyır. Yəni istehsal prosesi yazdan başlayıb qışa qədər davam edir. Hər bitkinin toplanma vaxtına uyğun qurulub.

Rəhman Novruzov deyir ki, toplama vaxtı olanda onu budayırlar, biz gətirib istehsal edirik. Bu dəqiqə gedib rozmanini doğramaq olmaz. Onu vaxtında doğramaq lazımdır. Lavandanı çiçəkləyəndə toplamaq lazımdır. Kəklikotu da  dağlarımızda təbii bitir, ordan yığıb gətiririk. Lilan, şamağacının da növləri var, onlar da yenə budamaq vaxtı budanır, gəlir istehsal edirik.

O ki, qaldı efir yağına, ondan  əczaçılqda, kosmetoloji prosedurlarda, ətriyyat hazırlanmasında, eləcə də qida qatqısı kimi geniş istifdə olunur.

Beləliklə, gözəl Laçının dağlarından evimizə xoş ətir, onunla birlikdə rahatlıq gələcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR