09.10.2025, 21:09
AZ EN
09.10.2025, 18:00 110

Kəlbəcərdə daha iki su elektrik stansiyası tikiləcək

QARABAĞ
  • Kəlbəcər şəhəri və Eyvazlı kəndində kiçik su eletrik stansiyalarının (KSES) tikintisi, həmçinin yeni qurulacaq stansiyaların enerjisistemə inteqrasiyası həyata keçiriləcək.

"Vətən səsi" xəbər verir ki, bununla bağlı "Azərenerji" ASC "Electro İndustries" QSC ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, "Electro İndustries" QSC görəcəyi işlər qarşılığında 36 milyon 150 min 496,13 manat alacaq. Layiyə üzrə müvafiq işlərin icrasına bu gündən start verilib, gələn ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, işğaldan azad olunandan sonra Kəlbəcər rayonunda 10 ədəd KSES yenidən qurulub. Bunlar “Kəlbəcər-1” (Lev çayı üzərində 6,3 meqavat gücündə),  “Qamışlı” (Qamışlı çayı üzərində 6,3 meqavat gücündə), “Meydan” (Meydançay üzərində 3,4 meqavat gücündə), “Aşağı Vəng”, "Yuxarı Vəng", “Nadirxanlı”, “Çaykənd”, “Çıraq-1”, “Çıraq-2” və "Soyuqbulaq" stansiyalarıdır. Həmin stansiyaların hamsında ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər