Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, Qarabağ Universitetində əməkhaqlarının orta göstəricidən bir neçə dəfə yüksək olması nəzərdə tutulur:
"Çünki yalnız bu halda istedadlı adamları ora apara bilərik. Vakansiyalara gəldikdə isə bu tamamilə şəffaf proses olacaq. Xaricdə təhsil alan təhsil işçilərinin Azərbaycana, Qarabağa qayıtması bizim əsas hədəflərimizdəndir". (APA)