"Güman edirik ki, gələn ildən o proseslərə aktiv başlanılacaqdır. Şuşada da işlər davam edəcəkdir. Yeni yaşayış komplekslərinin təməli qoyulub. Yeni küçə-yol şəbəkəsi artıq bəllidir. Burada yaşayacaq əhaliyə xüsusi xidmətlər də göstəriləcək. Bu baxımdan, yaxınlarda keçmiş poçt binası adlanan binada əsaslı təmir işləri aparılacaq. 4 mühüm qurumun fəaliyyəti - "ASAN" xidmət, "DOST" xidməti, KOB evləri və rabitə qovşağı təmin olunacaq", - deyə A.Kərimov əlavə edib. ("Trend")