24.04.2025, 22:45
AZ EN
14.12.2022, 12:42 553

Coğrafiya İnstitutu: Şərqi Zəngəzurda su ehtiyatları 19,3 faiz azalıb

ŞƏRQİ ZƏNGƏZUR
  • “İşğal dövründə Şuşa şəhərində meşə və kolluqlarının sahəsi 22 faizdən 18 faizə düşüb”.

Bunu Elm və Təhsil Nazirliyinin akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov illik hesabat tədbirində deyib.

İnstitut direktoru Şərqi Zəngəzur İqtisadi regionunda su ehtiyatlarının azaldığını da deyib: “1978-ci illə müqayisədə Şərqi Zəngəzurda su ehtiyatları 19,3 faiz azalıb. Eyni zamanda, bu regionda bildiyiniz kimi, çayların böyük hissəsi Ermənistan ərazisindən gəlir və çirklənmə səviyyəsi hələ ki, yüksək olaraq qalır. İqlimə gəlincə, aparılan araşdırmalar göstərir ki, 2050-ci ilə qədər Kiçik Qafqazda havanın temperaturunun 0,2 dərəcə artacağı proqnozlaşdırılır. Həmçinin miqdarının 20-90 mm azalması gözlənilir”.

İnstitut direktoru demoqrafik vəziyyətdən də danışıb. O bildirib ki, təbii artım prosesində ciddi problemlər yaranıb: “Ölkə üzrə təbii artım hər 1000 nəfərə görə, 3,5 səviyyəsinə düşüb. İkinci Dünya müharibəsi dövründə təbii artım indikindən yüksək olub. Məsələn, Ağdamda 2019-cu ildə əhalinin artımı ildə 1849 nəfər idisə, 2021-ci ildə bu rəqəm 658 nəfər olub. Hətta bir neçə rayonumuzda təbii artım mənfiyə enib. Təbii artımı təşviq etmək vacibdir”. (APA)

Oxşar xəbərlər