- "Tədqiqat resurslarının Qafqaz mərkəzi: Hayastan" fondu həyata keçirilən işlərin auditi üçün Türkiyə vətəndaşı olan ekspertləri İrəvana dəvət edib. Bu xəbəri yayan "Hraparak"ın müxbiri Koryun Simonyan bununla bağlı sözügedən Fonda müraciət edərkən ona bildiriblər ki, bəzi xarici ölkələrin maraqlı qurumları tədqiqatlar aparılması üçün müəyyən məbləğdə vəsait keçirirlər. Fondun nizamnaməsində görülən işlərin və xərclənən vəsaitin məxfiliyi təsbit edilib. Yoxlama işlərini isə yatırım edən ölkə deyil, başqası icra edir.
O da məxfiliyi qoruyur. Bununla da Fondda sui-istifadə baş verə bilməz deyən Fondun rəhbərlərindən biri bu prosesin 2003-cü ildən fəaliyyət göstərən Mərkəzin apardığı tədqiqatlara yalnız fayda verdiyini də açıqlayıb. Müxbirin "Niyə başqa ölkənin deyil, məhz Türkiyənin ekspertləri dəvət olunur" sualı isə "bu məsələ də Fondun məxfiliyi daxili işidir" sözləri cavablandırılıb.
Əlavə edək ki, jurnalist bu olaya təəccübünü gizlədə bilməyib.
Nəsib