08.09.2024, 07:28
AZ EN
23.07.2024, 16:12 165

Azərbaycan Ermənistanı COP29-a dəvət edib: İrəvan hansı addımı atacaq

YAZILAR
  • Azərbaycan Ermənistanı noyabrda Bakıda keçiriləcək COP29 sammitinə dəvət edib. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş niyyətini və inkuliziv yanaşmasını göstərir. “İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb, - deyə rəsmi açıqlamada qeyd olunub. Elə isə rəsmi İrəvanın bu dəvətə reaksiyası necə ola bilər, sualına  siyasi şərhçilərin cavabları maraqlıdır. 

Politoloq Elçin Mirzəbəyli açıqlamasında bildirib ki, biz artıq Ermənistanın Böyük Britaniyadakı davranışından sonra  bu ölkəni himayə edən dövlətlər tərəflərin selektik bir yanaşma tərzini ortaya qoyduğunun şahidi olmuşuq: “Bu aspektdən də Ermənistanın indiki halda müstəqil qərar qəbul etmək potensialı və imkanı olmadığı üçün hər şey onu istiqamətləndirən və yönləndirən qüvvələrin və ya qüvvənin mövqeyindən, yanaşma tərzindən asılıdır”.

Erməni ekspert Natali Aleksanyan isə açıqlamasında bildirib ki, zənnimcə, COP29 beynəlxalq cəhətdən çox əhəmiyətlidir: “Arzu edirəm ki, Ermənistan hökuməti buna müsbət reaksiya versin.  Hələlik isə rəsmi açıqlamanı gözləməliyik. Lakin məncə, COP29 hər iki ölkə liderləri arasında birbaşa təmaslar üçün mühüm rol oynaya bilər. Mən hətta baş nazir Nikol Paşinyanın Azərbaycanın dəvətindən imtina edəcəyi halda, Ermənistanın nümayəndə heyəti ilə təmsil olunmasının tərəfdarıyam”.

Ekspertlərin fikrincə, sülh sazişinin imzalanmaması və diplomatik münasibətlərin qurulmamasına baxmayaraq, bu addım regionda sülhə töhfə ola bilər. Ermənistanın tədbirə dəvət olunması da bu məqsədə görədir.

“Biz müəyyən bir razılığa gəlməliyik. Saziş imzalamalıdır. Bax, o jest biz tərəfdən düşünürəm ki, İrəvanda başadüşülən bir jest kimi qəbul olunmalıdır. Mən indi başa düşürəm ki, rəsmi İrəvan üçün bu gözlənilməz kimi qəbul oluna bilər. Bizm belə addımlarımız ancaq  sülhə nail olmaq məqsədilə həyata keçirilir”. Bu fikirləri isə ekspert Fikrət Sadıqov açıqlamasında səsləndirib.

Erməni ekspert Artur Ağacanov isə bildirib ki, düşünürəm ki, Ermənistan bu sammitdə baş nazir səviyyəsində iştirak etməlidir: “Bu, Ermənistanla Azərbaycan arasında daha bir dialoq meydançası rolunu oynaya bilər. Həll olunmayan məsələlərin həllinə töhfə ola bilər. Bu dialoq meydançalarının çox olması hər iki ölkə üçün müsbət haldır. Fikrimcə, Ermənistanın baş nziri bu sammitdə iştitak etməyə razılaşacaq”.

Siyasi şərhçilərin fikrincə, İrəvanın bu dəvətə reaksiyası da  bütün danışıqlarda mövqeyində olduğu kimi, xarici dövlətlərdən asılıdır. Daha doğrusu, Ermənistanı idarə edən dövlətlərdən. İstisna deyil ki, Ermənistan  ənənəvi qaydada neyteral üslub seçərək baş nazir səviyyəsində deyil, digər  rəsmilər səviyyəsində COP29-da iştirak etsin. İstənilən halda İrəvanın COP29-da iştirkına dair indidən konkret fikir söyləmək isə tezdir. Bütün hallarda qərarın birbaşa Ermənistan tərəfinə  verilməyəcəyi əvvəldən bəllidir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər