Ermənistan mətbuatının yaydığı məlumata görə, Xandanyan çıxışında yaxın zamanda Türkiyə-Ermənistan sərhədinin açılacağına dair nikbinliyini ifadə edib:
“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə inanırıq”, – deyə o qeyd edib.
Komitə sədri, hazırda aparılan konstruktiv və fəal siyasi dialoqun iki ölkə arasında münasibətlərin institutlaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa səbəb olacağına ümid etdiyini vurğulayıb.
Sarkis Xandanyan, həmçinin Ermənistanla Azərbaycan arasında artıq sülhün bərqərar olduğunu bəyan edib.
Tahirə AĞAMİRZƏ