Bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Bundan başqa, onun sözlərinə görə, həyata keçirilən layihələr çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 120 km-dən çox dəmir yolu xətti çəkilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşdırılıb, həmçinin 392 körpü inşa edilib.
"Eyni zamanda artıq üç beynəlxalq hava limanı istifadəyə verilib, yaşayış məntəqələri və kəndlər, məktəblər və xəstəxanalar fəal şəkildə tikilir, müasir energetika, su təchizatı, rabitə və digər zəruri infrastruktur obyektləri yaradılır ki, bu da regionun davamlı sosial-iqtisadi inkişafının əsasını formalaşdırır", - deyə hökumət rəsmisi qeyd edib. (Report)