16.04.2026, 17:43
AZ EN
16.04.2026, 16:00 208

Overçuk: "Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuqda iştirakda maraqlıdır"

XƏBƏRLƏR
  • Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etməkdə maraqlıdır.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında deyib.

"Biz Rusiya biznesini buradakı yaradıcı layihələrdə fəal iştirak etməyə yönləndiririk. Xüsusilə yaradılmış əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar açır", - o bildirib.

Overçuk Rusiya biznesinin və regionlarının bölgədəki fəaliyyətinə dair uğurlu nümunələri diqqətə çatdırıb. O, Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq çərçivəsində mühüm təmasların qurulduğunu bildirib: “Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin vəsaiti hesabına Zəngilanın kəndlərində uşaq bağçaları inşa edilir”. (APA)

Oxşar xəbərlər