16.04.2026, 16:39
AZ EN
16.04.2026, 14:46 163

Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir: "Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib". (Report)

Oxşar xəbərlər